...

İranla nüvə sazişinin bərpası ABŞ-ın diqqət mərkəzində deyil - Ağ Ev

Dünya xəbərləri Materials 20 Oktyabr 2022 22:11 (UTC +04:00)
İranla nüvə sazişinin bərpası ABŞ-ın diqqət mərkəzində deyil - Ağ Ev

Bakı. Trend:

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası hazırda ABŞ administrasiyasının diqqət mərkəzində deyil, tərəflər arasında fikir ayrılıqları çox böyükdür.

Trend xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlər üçün mütəmadi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi deyib.

"Açığı, BHFP hazırda bizim diqqət mərkəzində deyil. Biz BHFP-yə qayıtmaq məsələsində İrandan daha da uzaqlaşdıq, ona görə də hazırda buna diqqət yetirmirik. Onların BHFP-nin əhatə etməli olduğu tələbləri çox aşan tələbləri var idi. Və biz hazırda BHFP üzrə diplomatik fəaliyyətə diqqət yetirmirik", - deyə C.Kirbi bildirib.

O əlavə edib ki, ABŞ Rusiya və İrana qarşı sözügedən ölkələrin hərbi-texniki əməkdaşlığı ilə bağlı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti