Bakı. Trend:
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Amerikanın "Twitter" şirkətinin yeni sahibi İlon Maskı eyniadlı sosial şəbəkədə insan hüquqlarına riayət olunmasını təmin etməyə çağırıb.
Trend xəbər verir ki, bu barədə şənbə günü BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinin saytında bildirilib.
"Ümumi hüquqlarımıza riayət olunması platformadan istifadə və təkamül sərhədlərini müəyyən etməlidir. Başqa sözlə desək, mən sizi insan hüquqlarının sizin rəhbərliyiniz altında "Twitter" idarəçiliyinin mərkəzində olmasını təmin etməyə çağırıram", - deyə açıqlamada bildirilir.
V.Türk İ.Maskın "Twitter"də insan hüquqları və etika qaydalarına riayət olunmasına nəzarət etmək üçün məsul olan işçilərin əhəmiyyətli bir hissəsini işdən çıxarması ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.