...

İranın nüvə sazişi artıq ABŞ-ın diqqət mərkəzində deyil - Ağ Ev

Dünya xəbərləri Materials 18 Noyabr 2022 22:45 (UTC +04:00)
İranın nüvə sazişi artıq ABŞ-ın diqqət mərkəzində deyil - Ağ Ev

Bakı. Trend:

İranın nüvə sazişinin bərpası artıq ABŞ-ın diqqət mərkəzində deyil, lakin Vaşinqton problemin həllində diplomatiyaya üstünlük verməkdə davam edir.

Trend xəbər verir ki, bunu cümə günü jurnalistlərə açıqlamasında Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi deyib.

"Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) hazırda diqqət mərkəzimizdə deyil. Hətta (İrandakı - red.) etirazlardan əvvəl bu məsələdə iranlılardan çox uzaqlaşmışdıq. Onlar nüvə sazişi ilə birbaşa əlaqəsi olmayan məsələləri qaldırmağa davam edirdi. Və bütün səylərimizə baxmayaraq, (İrandakı red.) etirazlara qədər onlarla müqavilə bağlaya bilmədik", - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Tehranın nüvə silahına sahib olmasının qarşısını almaqda qərarlıdır.

"Mən açıq şəkildə bildirmək istəyirəm ki, onun (C.Bayden - red.) İranın nüvə silahı əldə etməsinə mane olmaq öhdəliyi baxımından heç nə dəyişməyib. Lakin prezident hələ də diplomatiyanın nəticəyə nail olmaq üçün ən yaxşı yol olduğuna inanır", - deyə C.Kirbi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti