Bakı. Trend:
Moskvada binanın 11-ci mərtəbəsindən yıxılan beş yaşlı qız sağ qalıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. İlkin məlumata görə, cizgi filminə baxan azyaşlı evin açıq pəncərəsindən yıxılıb. O, xəstəxanaya yerləşdirilib.
İstintaq orqanları tərəfindən araşdırma aparılır.