Bakı. Trend:
ABŞ administrasiyası Finlandiyaya "AIM-9X Block II" taktiki hava-hava raketləri və "AGM-154 Joint Standoff Weapon" (JSOW) idarə olunan aviasiya bombalarını, eləcə də müvafiq avadanlıqları ümumilikdə 323,3 milyon dollara satmaq barədə qərarı təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə cümə günü ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyindən bildirilib.
Ümumilikdə Finlandiya 40 ədəd "AIM-9X Block II" raketi və 48 ədəd AGM-154 JSOW aviasiya bombası istəyib.
"Sözügedən satış Finlandiyanın hava-hava və hava-yer silahları baxımından döyüş qabiliyyətini təkmilləşdirəcək və həmçinin ABŞ-ın Şimali Avropa ölkələri ilə münasibətlərinə müsbət təsir göstərəcək. Finlandiya bu silahlardan və müvafiq xidmətlərdən öz qırıcılarında istifa etmək niyyətindədir", - deyə Agentlikdən bildirilib.
Vaşinqtonun nöqteyi-nəzərindən bu silahların satışı “regionda əsas hərbi balansı dəyişməyəcək”.
ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var.