...

Kahramanmaraşda zəlzələ olub

Dünya xəbərləri Materials 23 Mart 2023 13:58 (UTC +04:00)
Kahramanmaraşda zəlzələ olub

Bakı. Trend:

Türkiyənin Kahramanmaraş şəhərində 5,3 və 4 bal gücündə zəlzələlər olub.

Trend xəbər verir ki, AFAD-ın yaydığı məlumata görə, zəlzələ yerin 7 km dərinliyində baş verib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Xəbər lenti

Xəbər lenti