...

Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan

Dünya xəbərləri Materials 23 Mart 2023 22:31 (UTC +04:00)
Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan

Bakı. Trend:

Terror təşkilatları onun milli təhlükəsizliyinə təhdid yaratdıqca Türkiyə həm ölkə daxilində, həm də xaricdə antiterror əməliyyatlarını davam etdirəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş vilayətində çıxışı zamanı deyib.

"Sərhədlərimizin daxilində və xaricində əməliyyatlarımız son terrorçu ölkəmiz və xalqımız üçün təhlükə yaratmadığına qədər davam edəcək", - deyə Türkiyə prezidenti bildirib.

Dövlət başçısı terror təşkilatları vasitəsilə Türkiyəyə təzyiq göstərmək cəhdlərinin əbəs olduğunu da diqqətə çatdırıb:

"Türkiyəni terrorla diz çökdürmək və marginal strukturların köməyi ilə Türkiyə siyasətini qurmaq cəhdlərinin qarşısını alacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti