...

Fransada pensiya islahatlarına qarşı etirazlar zamanı 120-dən çox polis yaralanıb

Dünya xəbərləri Materials 24 Mart 2023 01:18 (UTC +04:00)
Fransada pensiya islahatlarına qarşı etirazlar zamanı 120-dən çox polis yaralanıb

Bakı. Trend:

Fransada pensiya islahatına qarşı etiraz aksiyalarında iğtişaşların yatırılması zamanı ən azı 123 polis və jandarmeriya əməkdaşı yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen öz "Twitter" səhifəsində bildirib.

"Son məlumatlara görə, 123 polis və jandarmeriya əməkdaşı yaralanıb, 80-dən çox insan saxlanılıb", - deyə nazir qeyd edib.

Qeyd edək ki, martın 23-də Fransa şəhərlərində pensiya islahatına qarşı ümumi etirazın doqquzuncu günü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti