...

Fransada etiraz aksiyalarında saxlanılanların sayı 450-ni keçib

Dünya xəbərləri Materials 24 Mart 2023 12:18 (UTC +04:00)
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 450-ni keçib

Bakı. Trend:

Fransada pensiya islahatlarına qarşı nümayişlərdə saxlanılanların sayı 457 nəfərə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Fransanın daxili işlər naziri Jerald Darmanen CNEWS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, aksiyalarda 441 polis və jandarm yaralanıb.

Qeyd edək ki, 10 gündür ki, Fransa şəhərlərində pensiya islahatına qarşı kütləvi etirazlar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti