...

Fransada polis etiraz aksiyasını dağıtmaqdan imtina edərək aksiyanı tərk edib (VİDEO)

Dünya xəbərləri Materials 24 Mart 2023 23:06 (UTC +04:00)
Fransada polis etiraz aksiyasını dağıtmaqdan imtina edərək aksiyanı tərk edib (VİDEO)

Bakı. Trend:

Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları pensiya islahatlarına etiraz edənləri dağıtmayıb və aksiyanı tərk ediblər.

Trend xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Aksiya iştirakçıları hüquq-mühafizə orqanları əməkdaşlarının bu hərəkətini alqışlarla qarşılayıblar.

Xatırladaq ki, Fransada pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı etirazçılar və polislər arasında toqquşmalar da müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti