...

ABŞ-ın Suriyadakı bazaları raket atəşinə tutulub

Dünya xəbərləri Materials 25 Mart 2023 03:27 (UTC +04:00)
ABŞ-ın Suriyadakı bazaları raket atəşinə tutulub

Bakı. Trend:

Naməlum şəxslər Suriyanın Deyr əz-Zor əyalətində ABŞ hərbi bazalarına raket zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə Livanda yerləşən "Al-Mayadeen" telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin sözlərinə görə, Koniko qaz yatağındakı və "Əl Ömər" neft yatağında yerləşən bazaların ərazisinə bir neçə raket düşüb.

Qeyd edilir ki, raket hücumundan sonra ABŞ hərbi helikopterləri "Koniko" yatağının üzərində dövrə vurur.

Xatırladaq ki, bu gün ABŞ Hərbi Hava Qüvvələri Suriyada iranyönlü birləşmələrin mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində düşərgə, silah anbarı və 11 silahlı zərərsizləşdirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan obyektlərə zərbələr cümə axşamı Rumeylandakı ABŞ bazasında dronun helikopter meydançasına hücumundan sonra həyata keçirilib. Sözügedən dron hücumu zamanı bir hərbçi həlak olmuşdu, 6 hərbçi isə yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti