...

ABŞ-da şokolad fabrikində partlayış baş verib, xəsarət alanlar var

Dünya xəbərləri Materials 25 Mart 2023 05:34 (UTC +04:00)
ABŞ-da şokolad fabrikində partlayış baş verib, xəsarət alanlar var

Bakı. Trend:

ABŞ-ın Yuest-Redinq şəhərində (Pensilvaniya ştatı) yerləşən R.M. şirkətinin fabrikində partlayış və yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə "NBC 10" telekanalı məlumat yayıb.

Məlumata əsasən, partlayış Bakı vaxtı ilə saat 01:00-da baş verib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Bildirilir ki, Berks dairəsinin Yanğından Mühafizə İdarəsi yanğının söndürülməsi üzrə işləri davam etdirir. Şəhər xəstəxanasının əməkdaşları telekanala 6 nəfərin xəstəxanaya yerləşdirildiyini təsdiqləyiblər.

Partlayışın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti