...

ChatGPT istifadəçilərinin şəxsi məlumatları şəbəkəyə sızıb

Dünya xəbərləri Materials 25 Mart 2023 13:32 (UTC +04:00)
ChatGPT istifadəçilərinin şəxsi məlumatları şəbəkəyə sızıb

Bakı. Trend:

Süni intellektə malik ChatGPT çat-botunun istifadəçilərinin şəxsi məlumatları süni intellektin işindəki nasazlığa görə şəbəkəyə sızıb.

Trend-in məlumatına görə, bazar ertəsi çat-botun istifadəçilərindən onun işindəki nasazlığa görə şikayətlər gəlməyə başlayıb. Bir saat ərzində şikayətlərin sayı təkcə ABŞ-də mini keçib. Böyük Britaniya, Kanada və İsraildə də şikayətlər müşahidə olunub.

“Bəzi istifadəçilərin digər aktiv istifadəçilərin ad və soyadlarını, həmçinin onların e-poçt ünvanlarını, hesablarını, kredit kartlarının son dörd rəqəmini və onların istifadə müddətini görmə ehtimalı olub” - OpenAI-nin rəsmi saytındakı bəyanatda deyilir.

Qeyd edək ki, ChatGPT OpenAI tərəfindən hazırlanmış və 2022-ci ilin noyabrında istifadəyə verilmiş süni intellekt çat-botudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti