...

Fransada etiraz aksiyalarında 500 mindən çox insan iştirak edib

Dünya xəbərləri Materials 28 Mart 2023 21:31 (UTC +04:00)

Bakı. Trend:

500 mindən çox insan pensiya islahatı ilə razılaşmadığını bildirərək Fransa şəhərlərində küçələrə çıxıb.

Trend-in məlumatına görə, bu barədə "Le Figaro" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib.

Qeyd olunub ki, polisin hesablamalarına görə, Fransanın 214 kommunasında keçirilən aksiyalarda 556 min insan iştirak edib.

Fransanın daxili işlər naziri Jerald Darmanenin sözlərinə görə, Parisdə bütün ölkədə etiraz aksiyaları zamanı təhlükəsizliyi 13 minə yaxın, o cümlədən Parisdə 5,5 min polis və jandarmeriya əməkdaşları təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti