Bakı. Trend:
İspaniyanın Rəqabətli Bazar üzrə Milli Komissiyası (CNMC) ispan mətbuatına qarşı mümkün rəqabət əleyhinə hərəkətlərə görə araşdırmaya başlayıb. Araşdırma "Google" şirkətinə qarşı aparılır.
Trend-in məlumatına görə, bu barədə Milli Komissiyanın mətbuat xidməti bildirib.
Qeyd olunub ki, CNMC "Google" və onun ana şirkəti olan "Alphabet"ə qarşı məsuliyyətə cəlb edilmə proseduruna başlayıb.
Komissiya İspaniyada "mətbuat naşirləri və xəbər agentliklərə qarşı "Google"un üstün mövqeyisindən sui-istifadə sayıla biləcək bir sıra hərəkətləri araşdırır".