...

ABŞ Senatı İraqda hərbi gücdən istifadəyə icazə verən qətnamənin ləğvini təsdiqləyib

Dünya xəbərləri Materials 30 Mart 2023 06:02 (UTC +04:00)
ABŞ Senatı İraqda hərbi gücdən istifadəyə icazə verən qətnamənin ləğvini təsdiqləyib

Bakı. Trend:

ABŞ Senatı çərşənbə günü qanunvericilər tərəfindən Fars körfəzi və İraqda hərbi gücdən istifadəyə icazə verən 1991 və 2002-ci illərdə təsdiq edilmiş qətnamələrin ləğvini təsdiqləyib.

Trend xəbər verir ki, 66 senator icazələrin ləğvinin lehinə, 30 senator isə əleyhinə səs verib.

İndi bu təşəbbüslə bağlı səsvermə Konqresin Nümayəndələr Palatasında keçməlidir.

Qanunverici orqanın aşağı palatasının spikeri Kevin Makkarti (Kaliforniya ştatından respublikaçı) daha əvvəl layihəni dəstəklədiyini bildirib.

Ağ Ev daha əvvəl ABŞ prezidenti Co Baydenin bu təşəbbüsü Konqresin hər iki palatası tərəfindən qəbul ediləcəyi təqdirdə imzalayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti