...

Türkiyədə daha bir avtobus qəzası baş verib, 2 nəfər ölüb

Dünya xəbərləri Materials 30 Mart 2023 08:12 (UTC +04:00)
Türkiyədə daha bir avtobus qəzası baş verib, 2 nəfər ölüb

Bakı. Trend:

Türkiyənin Erzincan şəhərində sərnişin avtobusu aşıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 21 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobus Erzincan-Sivas yolunun Kızıldağdan keçən hissəsində aşıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yarıdm briqadaları cəlb edilib.

Bildirilir ki, xəsarət alanlar Erzincaın xəstəxanalarına yerləşdiriliblər.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti