...

ABŞ-da qasırğa və tornadoda ölənlərin sayı 30-a çatıb

Dünya xəbərləri Materials 3 Aprel 2023 03:49 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın bir neçə ştatında baş verən və onlarla tornado ilə müşayiət olunan fırtınalar nəticəsində ölənlərin sayı 30-a çatıb.

Trend-in məlumatına görə, bu barədə "NBC" televiziya kanalı xəbər verib.

Bildirilib ki, ən çox ölüm halı Tennessi ştatında qeydə alınıb - 13 nəfər, həmçinin Arkanzas və İndiana ştatlarında, hər birində 5 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti