...

“SpaceX” şirkəti “ViaSat-3” peykinin buraxılışını təxirə salıb

Dünya xəbərləri Materials 27 Aprel 2023 06:44 (UTC +04:00)
“SpaceX” şirkəti “ViaSat-3” peykinin buraxılışını təxirə salıb

Bakı. Trend:

Şimali və Cənubi Amerikanı yüksək sürətli internetlə təmin etmək üçün "ViaSat-3 Americas" peyki ilə "Falcon Heavy" raketinin buraxılışı bir gün təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.

Raketin indi Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik Mərkəzindən 39A buraxılış kompleksindən cümə axşamı ABŞ Şərq sahilləri vaxtı ilə 19:29-da buraxılması planlaşdırılır.

6,7 ton ağırlığında olan peyk Kaliforniyada yerləşən "ViaSat Inc" şirkətinin yeni nəsil "Ka-band" qlobal əhatə sisteminin üç cihazından birincisidir. Onların ümumi ötürmə qabiliyyəti orbitdəki bütün kommersiya İnternet peyklərinn imkanlarından iki dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti