...

Fransada etirazlar zamanı 100-dən çox polis yaralanıb

Dünya xəbərləri Materials 1 May 2023 22:51 (UTC +04:00)
Fransada etirazlar zamanı 100-dən çox polis yaralanıb

Bakı. Trend:

Fransada Əmək Gününə həsr olunan pensiya islahatına qarşı etirazlar zamanı 100-dən çox polis və jandarm yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Fransa daxili işlər naziri Cerald Darmanen deyib.

"20-si Parisdə olmaqla 108 polis və jandarm yaralanıb", - deyə o bildirib.

Onun sözlərinə görə, bütün Fransada keçirilən etiraz aksiyalarında 291 nəfər saxlanılıb, onlardan 90-ı Parisdə olub.

C.Darmanin həmçinin qeyd edib ki, nümayişlərdə pilotsuz təyyarələrdən istifadə Lionda meriya binasına hücum edən aqressiv etirazçıları tez bir zamanda saxlamağa imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti