...

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib

Dünya xəbərləri Materials 4 May 2023 09:33 (UTC +04:00)
Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Kalyon Energy"nin 1360 meqavat gücündə Karapınar Günəş Elektrik Stansiyasının (GES) açılış mərasimi keçirilib. Karapınar GES böyüklüyünə görə Avropada birinci, dünyada isə beşinci yerdədir.

Trend-in məlumatına görə, Karapınar GES iqlim dəyişikliyi, əkinçilik və düzgün olmayan suvarma nəticəsində səhraya çevrilən Konya Acıgöl hövzəsi kimi tanınan ərazidə qurulub. 20 milyon kvadratmetr ərazidə 3 milyon 256 min 38 günəş paneli yerləşdirilib.

Karapınar GES nə qədər elektrik istehsal edəcək?

1360 meqavat gücündə olacaq elektrik stansiyası ildə 3 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək. O iki milyon insanın illik məişət elektrik enerjisinə ehtiyacını ödəyəcək. Hər il 2 milyon ton qalıq yanacaq və karbon emissiyasının qarşısı alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti