...

Lüdovit Odor Slovakiyanın yeni Baş naziri olacaq

Dünya xəbərləri Materials 7 May 2023 20:41 (UTC +04:00)

Bakı. Trend:

Lüdovit Odor Slovakiyanın yeni Baş naziri olacaq.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə brifinqdə Slovakiya Prezidenti Zuzana Çaputova bildirib. O deyib: “Slovakiya Milli Bankının sədr müavini Lüdovit Odor yeni Baş nazir təyin olunacaq”.

Daha əvvəl Baş nazir vəzifəsini icra edən Eduard Heqer istefa vermək niyyətində olduğunu bildirib. Qanunvericiliyə əsasən, bütün kabinet onunla birlikdə istefa verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti