Bakı. Trend:
Nigeriyanın Kaduna əyalətində silahlı hücum nəticəsində 9 nəfər ölüb.
Trend-in məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan silahlı şəxslər Kaduna əyalətinin Birnin Qvari rayonunda hücum həyata keçirib. Hücumda 9 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Nigeriyanın Kaduna əyaləti son zamanlar silahlı dəstələrin hücumları ilə üzləşib.
Bu ilin yanvar-mart aylarında əyalətdə törədilən hücumlarda 214 nəfər həlak olub, 746 nəfər qaçırılıb.