...

BMT-nin baş katibi Şimali Koreyanın raket buraxılışını pisləyib

Dünya xəbərləri Materials 31 May 2023 08:34 (UTC +04:00)
BMT-nin baş katibi Şimali Koreyanın raket buraxılışını pisləyib

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın hərbi peyk daşıyan raketin buraxılışını kəskin şəkildə pisləyib.

Trend-in məlumatına görə, bu barədə A.Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Qeyd olunub ki, baş katib ballistik raketlərdə istifadə olunan texnologiyalardan istifadə edilən istənilən buraxılışın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olduğunu açıq şəkildə göstərib.

O, həmçinin Pxenyanı bu cür hərəkətləri dayandırmağa və Koreya yarımadasının davamlı sülhə və tam, nəzarətli nüvəsizləşdirilməsinə nail olmaq üçün dərhal dialoqu bərpa etməyə çağırışını təkrarlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti