...

Ərdoğan Anıtqəbiri ziyarət edib

Dünya xəbərləri Materials 3 İyun 2023 17:06 (UTC +04:00)
Ərdoğan Anıtqəbiri ziyarət edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içdikdən sonra ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Trend xəbər verir ki, R.T.Ərdoğan Anıtqəbirdə Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib və səlahiyyətlərinin icrasına başlayıb.

Türkiyə Prezidentinin daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacağı gözlənilir.

Xatırladaq ki, mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gələrək Türkiyənin növbəti 5 il üçün prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti