...

Nümayişləri təşkil edənlər İsveçin NATO-ya daxil olmasına mane olmağa çalışırlar - Stoltenberq

Dünya xəbərləri Materials 4 İyun 2023 19:51 (UTC +04:00)
Nümayişləri təşkil edənlər İsveçin NATO-ya daxil olmasına mane olmağa çalışırlar - Stoltenberq

Bakı. Trend:

İsveçdə Türkiyə və NATO əleyhinə keçirilən nümayişləri təşkil edənlər ölkənin Şimali Atlantika Alyansına qoşulmasının qarşısını almağa çalışır.

Trend xəbər verir ki, bunu bazar günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq qeyd edib ki, sərbəst toplaşmaq və ifadə azadlığı demokratik cəmiyyətlərin əsas dəyərlərindəndir və qorunmalı və hörmət edilməlidir. Lakin onlar bu nümayişlərin çətinliklər yaratdığının fərqindədirlər.

"Bu nümayişlərin təşkilatçıları İsveçin NATO-ya üzv olmasına mane olmağa çalışırlar. Eyni zamanda, İsveçin terrorla mübarizədə Türkiyə ilə əməkdaşlıq etməsinə mane olmağa çalışırlar. Bu, həm də NATO-nu zəiflədir. Biz onların uğur qazanmasına imkan verməməliyik", - deyə baş katib bildirib.

O R.T.Ərdoğanla görüşdə Daimi Müştərək Mexanizmin iyunun 12-də yenidən toplanacağına dair də razılaşdıqlarını bildirib.

NATO üzvlüyünün İsveçi daha güclü edəcəyini, eyni zamanda NATO və Türkiyəni daha da gücləndirəcəyini vurğulayan Y.Stoltenberq, İsveçin NATO-ya üzvlük prosesinin ən qısa zamanda tamamlanmasını arzuladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti