...

Tramp sadəcə danışmaqla 12 milyon dollardan çox pul qazandı

Dünya xəbərləri Materials 14 İyul 2023 12:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifəsindən getdikdən sonra nitq üçün 12 milyon dollardan çox pul alıb.

Trend xəbər verir ki, sabiq ABŞ prezidenti vəzifəsindən getdikdən sonra 15 ictimai tədbirdə iştirak edib. O, hər çıxışına görə 150 ​​min dollardan 2,5 milyon dollara qədər gəlir əldə edib. Trampın həyat yoldaşı Melaniya da 2021-ci ildən ictimai tədbirlərdə iştirakına görə 1 milyon dollardan çox qazanıb.

Bundan əlavə, keçmiş Amerika lideri müxtəlif aktivlərdən 13 milyon dollardan çox gəlir əldə edib.

Məlumatda o da qeyd olunur ki, Trampın turizm daşınmaz əmlakı və qolf meydançaları da daxil olmaqla aktivlərinin ümumi dəyəri ən azı 1,5 milyard dollar qiymətləndirilir. Aberdin qolf turizm mərkəzi Trampa 7 milyon dollardan çox gəlir gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti