...

Ərdoğan Liberiya prezidenti ilə telefonla danışıb

Dünya xəbərləri Materials 21 İyul 2023 23:02 (UTC +04:00)
Ərdoğan Liberiya prezidenti ilə telefonla danışıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liberiya Respublikasının Prezidenti Corç Manne Veay ilə telefon danışığı aparıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

İki lider ikitərəfli münasibətləri, iqtisadi və hərbi əməkdaşlığı müzakirə ediblər.

Ərdoğan, Liberiyada FETÖ-yə bağlı “LAYT Beynəlxalq Məktəbi”nin fəaliyyətinin dayandırılması qərarına görə prezident Veaya məmnunluğunu ifadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti