Bakı. Trend:
ABŞ-ın sabiq prezidenti Donald Tramp kampaniya donorlarına yazdığı məktubda son aylarda fiqurantı olduğu çinayət işləri çərçivəsində 561 il həbs cəzasına məhkum edilə biləcəyini ehtimal edib.
Trend-in məlumatına görə, bu barədə "The Hill" qəzeti xəbər verib.
Bundan əvvəl, bu həftədə D.Tramp 2020-ci il seçkiləri ilə bağlı dezinformasiya yaymaqda və seçkiləri uduzduqdan sonra hakimiyyətdə qalmaq üçün 6 yanvar 2021-ci ildə Kapitoliyada baş vermiş hadisələrdən istifadə etməyə çalışmaqda ittiham edilib.