...

Qırğızıstanda dron və PUA-ların ixracı qadağan edilib

Dünya xəbərləri Materials 9 Avqust 2023 16:38 (UTC +04:00)

Bakı. Trend:

Rusiyaya tətbiq edilən sanksiyaların pozulması ilə bağlı iddialara qarşı Qırğızıstanda dron və Pilotsuz Uçuş Aparatlarının ixracı qadağan edilib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bildirib.

"Qırğızıstan müstəqil ölkədir. Bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlər quracaq və çoxtərəfli xarici siyasət aparacağıq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, mediada Qırğızıstandan olan 14 Pilotsuz Uçuş Aparatının (kənd təsərrüfatı dronları) Qazaxıstanda ələ keçirilməsi ilə bağlı xəbərlər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti