Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələri tərəfindən 2024-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasının qarşısının alınmasını zəruri hesab edir.
Trend xəbər verir ki, bu barədə D.Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib.
"Biz əmin olmalıyıq ki, onlar (demokratlar) seçkilərdə saxtakarlığa yol verməsinlər. Məni ən çox bu sual narahat edir. Onlar bunu yenə də edəcəklər? Aldadacaqlar? Biz buna imkan verməyəcəyik, çünki bu, ölkəmizin tarixində ən mühüm seçkilərdir", - deyə siyasətçi bildirib.
D.Tramp bir daha qeyd edib ki, ona qarşı qaldırılan cinayət işləri hazırkı prezident Co Bayden administrasiyası tərəfindən seçkilərə müdaxilədir.