...

Türkiyə Afrikada dəmiryolu tikir

Dünya xəbərləri Materials 10 Avqust 2023 15:25 (UTC +04:00)
Türkiyə Afrikada dəmiryolu tikir

Bakı. Trend:

Afrikada Makala-Kampala dəmiryolu tikintisi layihəsini türk şirkəti öz üzərinə götürəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Afrikada çinli şirkətlərdən biri tərəfindən tikilməsi nəzərdə tutulan Makala-Kampala dəmiryolu tikinti layihəsindən Çin maliyyə səbəbiylə imtina edib.

Dəmiryolu tikinti layihəsini türk şirkəti öz üzərinə götürüb.

Çin şirkətinin maliyyə səbəbiylə imtina etdiyi Makala-Kampala dəmiryolu tikinti layihəsi üçün Türkiyənin Yapı Mərkəzi tikinti şirkəti ilə əlaqə yaradılıb. Xəttin tikintisinə bu ilin sonuna kimi başlanacaq. Bu dəmiryolu ilə bağlı layihənin maliyyələşdirilməsi üçün Qərb ölkələri ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, Türkiyənin Yapı Mərkəzi tikinti şirkəti 2 milyard dollar dəyərində, 202 kilometr uzunluğunda "Dar es Salaam-Morogor", 1,9 milyard dollar, 409 kilometr uzunluğunda Moroqor-Makutupora və Efiopiyada 390 kilometr uzunluğunda "AwashKombolcha-Hara Geba"ya kimi 1,7 milyard dollar dəyərində nəhəng layihələr həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti