Bakı. Trend:
İraqın neft naziri Hayan Abdel-Qani bu gün Türkiyəyə gəlib.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, martın 25-də Türkiyə ilə İraq arasında yaşanan böhrandan sonra İraqın neft naziri Hayan Abdel-Qani bu gün Türkiyəyə gəlir.
İraqlı nazir türkiyəli həmkarı ilə enerji ilə bağlı mühüm məsələləri, xüsusilə də Şimali İraqdan Türkiyənin Ceyhan limanına neft ixracının bərpasını müzakirə edəcək.
Xatırladaq ki, Beynəlxalq Ticarət Palatasının (ICC) arbitraj işində İraqa təzminat cəriməsi ödəməsi qərarından sonra, 2023- cü il 25 mart tarixində Türkiyə İraqın şimalından boru kəməri ilə gündəlik 450 min barel neft ixracını dayandırıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan iki ölkə arasında əməkdaşlıq istiqamətində konkret addımlar atmaq üçün 22-24 avqust 2023-cü il tarixlərində Bağdad və Ərbilə səfər edir.