Bakı. Trend:
Niderland Ukraynaya məsafədən minatəmizləmə üçün minə yaxın portativ şarj cihazı göndərəcək.
Trend xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren ukraynalı həmkarı Aleksey Reznikov ilə görüşdə deyib.
"Bildiyim qədərilə, hazırda ərazilərin çox sıxlıqla minalanması problemi ilə üzləşirsiniz. Ukraynaya məsafədən minatəmizləmə üçün minə yaxın portativ şarj cihazı göndərməyə qərar vermişik, bu cihazlar texniki maneələrdən keçə biləcək", - o deyib.
Niderlandlı nazir, həmçinin, ölkəsinin Ukraynanı hava hücumundan müdafiə vasitələri ilə də təmin edəcəyini bildirib.
Qeyd edək ki, Niderlandın müdafiə naziri Kaysa Ollonqren və xarici ticarət naziri Lye Şraynemaher ötən gün Ukraynaya səfər edib.