...

Türkiyənin enerji naziri iraqlı həmkarı ilə görüşüb

Dünya xəbərləri Materials 23 Avqust 2023 11:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İraq baş nazirinin enerji məsələləri üzrə müavini və neft naziri Hayyan Əbdülqəni ilə görüşüb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, görüş zamanı regional məsələlər, xüsusilə İraq-Türkiyə xam neft boru kəməri müzakirə edilib.

"Nazirlər Türkiyə ilə İraq arasında neft və qaz, qaz və elektrik enerjisinin qarşılıqlı əlaqəsi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparıblar. İki nazir Türkiyə-İraq Birgə İqtisadi Komissiyasının 19-cu iclasının ən qısa zamanda Bağdadda keçirilməsi barədə razılığa gəliblər”, - deyə Türkiyə enerji və təbii sərvətlər nazirliyinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, Beynəlxalq Ticarət Palatasının (ICC) arbitraj işində İraqa təzminat cəriməsi ödəməsi qərarından sonra, 2023-cü il 25 mart tarixindən Türkiyə İraqın şimalından boru kəməri ilə gündəlik 450 min barel neft ixracını dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti