Bakı. Trend:
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Süleymaniyə şəhərində PKK terrorçusunu zərərsizləşdirib.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, MİT "Bawer Botan" ləqəbli terrorçu Bekir Kınayı İraqla sərhəddən 150 km içəridə keçirilən əməliyyat nəticəsində zərərsizləşdirib.