...

İraq Türkmənistandan təbii qaz idxal edəcək

Dünya xəbərləri Materials 24 Avqust 2023 14:22 (UTC +04:00)
İraq Türkmənistandan təbii qaz idxal edəcək

Bakı. Trend:

İraq Türkmənistandan təbii qaz idxal edəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, İraq təbii qaz idxalı ilə bağlı Türkmənistanla prinsipial razılığa gəlib.

Mövzu ilə bağlı yazılı açıqlamanı İraqın neft naziri, qaz məsələləri üzrə məsul müavini İzzət Sabır verib.

"İraqın yüksək səviyyəli nümayəndə heyəti Türkmənistanda görüşlər keçirib. İraq hökuməti dost ölkə Türkmənistanla təbii qaz sahəsində əməkdaşlığın inkişafına önəm verir. Qaz idxalına dair prinsipial razılaşma əldə olunub. Türkmənistan İraqın elektrik ehtiyacını qarşılayacaq”, - deyə nazir açıqlamasında bildirib.

İzzət Sabır qeyd edib ki, saziş gələcəkdə ortaq anlaşma memorandumu ilə elan ediləcək və bu anlaşma memorandumu ilin sonuna qədər imzalanacaq.

Qeyd edək ki, İraq 2022-ci ildə İrandan 9 milyard kubmetrdən çox qaz idxal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti