...

Tramp həbs prosedurlarından keçmək üçün Corciya ştatının cəzaçəkmə müəssisəsinə gəlib

Dünya xəbərləri Materials 25 Avqust 2023 03:41 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın sabiq prezidenti Donald Tramp avqustun 24-də Corciya ştatının Fulton dairəsi həbsxanasına gəlib.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, D.Tramp həbsxanaya seçkilərə müdaxilə halında hakimiyyətə təslim olmaq və rəsmi həbs prosedurundan keçmək üçün gəlib.

D.Trampın 10 avtomobildən ibarət korteji yerli vaxtla təxminən 19:34-də, onun təyyarəsi Atlanta hava limanına endikdən yarım saat sonra həbsxana binasına yaxınlaşıb. Həbsxanada onun üzərində axtarış aparılmalı, şəkli çəkilməli və barmaq izi alınmalı idi.

"CNN" daha sonra D.Trampın həbsxananı tərk etdiyini bildirib. O, 20 dəqiqəyə yaxın cəzaçəkmə müəssisəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti