Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Corciya ştatında seçkilərə müdaxilə etməkdə şübhəli bilinən 18 nəfərə qarşı sentyabrın 6-da rəsmi ittiham irəli sürüləcək.
Trend xəbər verir ki, Corciya ştatının böyük münsiflər heyəti daha əvvəl ştatda 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdində Trampı və 18 nəfərdən ibarət qrupu ittiham etmək qərarına gəlib.
Keçmiş prezident 13 maddə üzrə ittiham olunur.
Qeyd edək ki, bundan əvvəl Corciya ştatının məhkəməsi girov müqabilində D.Trampı azadlıqda saxlamağa razılıq vermişdi.