...

Rusiyanın bu şəhərində Polşanın Konsulluq Agentliyi fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 31 Avqust 2023 16:52 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Polşa hökuməti Rusiya hökumətinin qərarından sonra Smolensk şəhərində ölkənin Konsulluq Agentliyi fəaliyyətini dayandırıb.

Trend xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd edək ki, Polşa missiyası Smolensk şəhərində 10 aprel 2012-ci ildən fəaliyyət göstərib. Konsulluq Agentliyi, o cümlədən, Katındakı hərbi məzarlığa və 10 aprel 2010-cu ildə Tu-154 təyyarəsinin qəzaya uğradığı yerə nəzarət edirdi.

İdarədən bildiriblər ki, Rusiya hökumətinin qərarına qətiyyətlə qarşı çıxırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti