Bakı. Trend:
Fransa və İtaliyanın daxili işlər nazirlikləri qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə koordinasiyanı gücləndirəcək.
Trend xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” (tvitter) sosial şəbəkə heabında yazıb.
“İtaliyalı həmkarım Matteo Pyantedozi ilə ətraflı danışıqlar apardım. Biz qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirmək üçün yaxın gələcəkdə Avropa İttifaqının rəsmiləri ilə birgə əlaqə saxlamağa razılaşdıq”, - deyə o, vurğulayıb.