...

İrəvanda aksiya iştirakçıları Rusiya səfirliyinə daxil olmağa cəhd edib

Dünya xəbərləri Materials 19 Sentyabr 2023 23:36 (UTC +04:00)
İrəvanda aksiya iştirakçıları Rusiya səfirliyinə daxil olmağa cəhd edib

Trend-i buradan izləyin

Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda kütləvi aksiya davam edir. Aksiya iştirakçıları Rusiyanın İrəvandakı səfirliyinin qarşısına toplaşaraq səfirliyin inzibatı binasına daxil olmağa cəhd edirlər.

Trend Ermənistanın internet mediasına istinadla xəbər verir ki, aksiya iştirakçıları Rusiya səfirliyini mühafizə edən polislə əlbəyaxa olublar. Polis dəyənək tətbiq etmək məcburiyyətində qalıb.

Bununla yanaşı, İrəvanda hökumət binasının qarşısında da kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları baş nazir N.Paşinyanın istefasını tələb edirlər. Hökumət binasına daxil olmağa cəhd edən aksiyaçılarla polis arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı həm aksiyaçılar, həm də polis əməkdaşları xəsarət alıb.

Hazırda İrəvanda aksiyalar davam edir.

Xəbər lenti

Xəbər lenti