...

Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 26 Sentyabr 2023 16:32 (UTC +04:00)
Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

Bakı. Trend:

2023-ci ilin avqust ayında Türkiyədə Özbəkistan kapitalı ilə 63 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Qeyd olunub ki, hesabat dövründə qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının azalması ilə bərabər, onların ümumi kapitalı da azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 29,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 50 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin avqust ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (52) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 14,6 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin avqust ayında Türkiyədə Özbəkistan kapitalı ilə 35 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Xəbər lenti

Xəbər lenti