...

Şimali Koreya nüvə qüvvələrini modernləşdirmək niyyətindədir

Dünya xəbərləri Materials 28 Sentyabr 2023 08:11 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreya nüvə qüvvələrini modernləşdirməli və nüvə silahlarının istehsalını artırmalıdır.

Trend xəbər verir ki, bunu KXDR lideri Kim Çen In deyib.

Kim Çen In nüvə silahlarının müxtəlif qoşun növlərində döyüş növbəsinə qoyulmasını istəyib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) 14-cü Ali Xalq Məclisinin 9-cu sessiyası zamanı bir neçə yeni nazir və KXDR Mərkəzi Bankının yeni rəhbəri də təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti