Bakı. Trend:
ABŞ noyabrın 1-də "Minuteman III" qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Bildirilib ki, buraxılış Kaliforniya ştatında ABŞ Kosmik Qüvvələrinin Vandenberq bazasından həyata keçiriləcək.
O əlavə edib ki, bu buraxılış "strateji saxlama sisteminin etibarlılığını" nümayiş etdirmək üçün nəzərdə tutulub və eyni zamanda ABŞ-dan "müttəfiqlərinə zəmanət barədə siqnal" kimi xidmət edir.