...

Avstriyada yüngülmühərrikli təyyarə qəzaya uğradı - Ölənlər var

Dünya xəbərləri Materials 3 Noyabr 2023 20:40 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Zaqrebdən Zaltsburqa uçan yüngülmühərrikli təyyarənin qəzaya uğradığı yerdə 4 nəfərin cəsədi tapılıb.

Trend xəbər verir ki, bu barədə Avstriyanın Zaltsburq federal əyalətinin polisinin mətbuat xidmətinin bəyanatında deyilir.

“Noyabrın 2-də təxminən saat 15:45-də (Bakı vaxtı ilə 18:45) “Cirrus SR-20” tipli idman təyyarəsi Lintşinq bölgəsində qəzaya uğrayıb. İdman təyyarəsi Zaqrebdə uçuşa başlayıb, təyinat hava limanının isə Zaltsburq olduğu bildirilib”, - deyə polis əməkdaşı qeyd edib.

Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırmağa başlayıb. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti