...

"ROKETSAN" Dubai Airshow 2023 sərgisində məhsullarını nümayiş etdirir

Dünya xəbərləri Materials 13 Noyabr 2023 17:17 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin ROKETSAN şirkəti Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubai Airshow 2023 sərgisində öz məhsullarını nümayiş etdirir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, sərgidə ən son texnologiya məhsulunu nümayiş etdirən Roketsan dünyanın ən əhəmiyyətli bazarlarından biri olan Körfəzdə əməkdaşlıqlarını artırmağı hədəfləyir.

Məlumata əsasən, bu gün başlayan və noyabrın 17-dək davam edəcək sərgidə ROKETSAN Pilotsuz Uçuş Aparatlarını (PUA), Çakır raketi ilə birlikdə adını dünyaya tanıdan MAM-C, MAM-L və MAM-T mini ağıllı sursatlarını, Sungur Hava Hücumundan Müdafiə Raket Sistemini, Stand-Off Sursat SOM və Mikro Peyk Atış Sistemini nümayiş etdirir.

"Müdafiə və aerokosmik sənayedə artan müsbət kommersiya əlaqələrimizin bəhrələrini ən yaxşı şəkildə əldə etməyi hədəfləyirik. Dubay Airshow-da keçirəcəyimiz görüşlərlə konkret addımlar ataraq, Türkiyə iqtisadiyyatına töhfə verməyə və bayrağımızı hər coğrafiyada dalğalandırmaqda davam edəcəyik", - deyə ROKETSAN baş direktoru Murat İkinci bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti