Bakı. Trend:
Çin və ABŞ arasındakı qarşıdurmanın hamı üçün dözülməz nəticələri olacaq.
Trend-in məlumatına görə, bunu Kaliforniyada ABŞ Prezidenti Co Baydenlə görüşdə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin deyib.
“Çin və ABŞ arasında münaqişənin və qarşıdurmanın nəticələri hamı üçün dözülməz olacaq”, – deyə Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib.
“Çin və ABŞ kimi böyük dövlətlər, prinsipcə, qarşılıqlı əlaqəni dayandıra bilməz. Bir-birini dəyişdirməyə çalışmaq qeyri-mümkün olardı”, - deyə Çin lideri vurğulayıb.