...

Ermənistan bu sənədin KTMT gündəmindən çıxarılmasını istəyib

Dünya xəbərləri Materials 20 Noyabr 2023 16:30 (UTC +04:00)
Ermənistan bu sənədin KTMT gündəmindən çıxarılmasını istəyib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.

Trend xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqabetov bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Tasmaqabetov bildirib ki, Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı qərarının bütün müttəfiqlər tərəfindən təsdiq olunmasına baxmayaraq, ölkə bu sənədə heç bir maraq göstərməyib və son olaraq ümumiyyətlə sənədin gündəlikdən çıxarılmasını istəyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək görüşündə iştirakdan imtina edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti