...

Türkiyənin Samsun limanı 2 mindən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 27 Noyabr 2023 12:10 (UTC +04:00)
Türkiyənin Samsun limanı 2 mindən çox gəmi qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Samsun limanı 2 min 310 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Samsun limanı Türkiyə bayrağı altında üzən 479, digər ölkələrin bayraqları altında üzən 1 831 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 817 olub.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti